Logo
    main-post-cover

    AOC şirkəti iki yeni gaming monitorunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    31.01.2024
    Emil
         AOC şirkəti iki yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitorlar AOC 24G4X 27G4X adlarını əldə ediblər. Onlar xarici görünüşcə eynidirlər. Monitorlardan biri 24 düym, digəri isə 27 düym ekranla təchiz olunub. Hər iki modeldə ekranlar 180 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli IPS ekranlardır. Monitorların ekranları özlərində HDR10 NVIDIA G-Sync dəstəklərini birləşdirirlər. Üstəlik monitorlar 2 vatt gücündə stereo səsgücləndiricilərə sahibdirlər. AOC-un bu yeni monitorları HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə ediblər. Monitorlar yaxın günlərdə satışa çıxacaqlar. AOC 24G4X modeli 190 avroya, AOC 27G4X modeli isə 220 avroya satılacaq.
    Paylaş