Logo
    main-post-cover

    AOC şirkəti qlobal bazarda AGON GAMING Q27G4X adlı yeni gaming monitorunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    12.02.2024
    Emil
         AOC şirkəti qlobal bazarda özünün AGON seriyasının yeni gaming monitorunu təqdim edib. Söhbət, AOC AGON GAMING Q27G4X adlı monitordan gedir. Sözügedən yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Ekran VESA DisplayHDR 400 sertifikatına sahibdir və üstəlik Adaptive Sync texnologiyasını dəstəkləyir. Monitor özündə DisplayPort 1.4 HDMI 2.1 girişlərini birləşdirir. AOC AGON GAMING Q27G4X yaxın zamanda satışa çıxacaq və onun qiyməti 290 avro təşkil edəcək.
    Paylaş