
AOC U27G4 gaming monitoru təqdim edilib
Cihazlar+
17.02.2025
Emil
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC U27G4 adlanır. Bu yeni monitor 2 rejimdə çalışması ilə seçilir. Belə ki, monitor birinci çalışma rejimi çərçivəsində 160 Hz-lik təsvir yenilənməsini və 4K görüntü keyfiyyətini, ikinci çalışma rejimi çərçivəsində isə 320 Hz-lik təsvir yenilənməsini və 1080p görüntü keyfiyyətini təmin edir. Monitorun özü 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub.
Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə AMD FreeSync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. AOC U27G4-ün nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
