Logo
    main-post-cover

    AOC U32G4ZMN gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    28.08.2024
    Emil
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC U32G4ZMN adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 31.5 düym ölçülü Fast VA QD-Mini LED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 USB-A 3.2 Gen 1 girişlərini birləşdirir. AOC U32G4ZMN Çində 6 sentyabr tarixində satışa çıxacaq və onun qiyməti 702$ təşkil edəcək. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş