
AOC U32U3D monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
24.09.2024
Emil
AOC şirkəti ofis işləri və multimedia kontentləri ilə çalışmaq üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru AOC U32U3D adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 31.5 düym ölçülü Nano IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 98%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 və 2 ədəd USB-C girişlərini birləşdirir. AOC U32U3D artıq Çində satışa çıxıb və onun qiyməti 538$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
