main-post-cover

    Apple 10-dan çox Mac kompüterini köhnəlmiş və vintaj cihazlar siyahısına daxil edib

    Cihazlar+
    25.09.2024
    Emil Nəcəfov
         Son məlumat sızıntılarına əsasən Apple şirkəti yaxın zamanda M4 prosessoru vasitəsilə çalışacaq yeni Mac kompüterlərini təqdim etməlidir. Bunun artıq gələn ay baş tutacağı gözlənilir. İndi isə şirkət 10-dan çox Mac kompüterini köhnəlmiş və vintaj cihazlar siyahısına daxil edib. Söhbət, 12 ədəd Mac kompüterindən gedir. Qeyd etmək lazımdır ki, Apple şirkətinin reqlamentinə əsasən köhnəlmiş cihazlar siyahısına satışları 7 ildən çox müddət bundan öncə dayandırılmış cihazlar daxil edilir.
         Bu cür cihazlar artıq Apple servis mərkəzlərində təmir olunmur. Onların yalnız batareyaları dəyişdirilə bilər. Vintaj cihazlar siyahısına gəldikdə isə bu siyahıya 5 ildən çox, lakin 7 ildən az müddət ərzində satışda olmayan cihazlar daxil edilir. Vintaj cihazlar siyahısına daxil edilən məhsulları isə Apple servis mərkəzlərində hələ də təmir etdirmək mümkündür. Beləliklə Apple şirkətinin köhnəlmiş və vintaj cihazlar siyahısına daxil edilmiş Mac kompüterləri aşağıdakılardır.
    Köhnəlmiş cihazlar:
    - 13 düym ekranlı MacBook Air (2015-ci il)
    - 2 ədəd Thunderbolt 3 girişinə sahib 13 düym ekranlı MacBook Pro (2016-cı il)
    - 4 ədəd Thunderbolt 3 girişinə sahib 13 düym ekranlı MacBook Pro (2016-cı il)
    - 15 düym ekranlı MacBook Pro (2016-cı il)
    - 13 düym ölçülü Retina ekrana sahib MacBook Pro (2015-ci il)
    - 12 düym ölçülü Retina ekrana sahib MacBook (2016-cı il)
    - 21.5 düym ekranlı iMac (2015-ci il)
    - 21.5 düym ölçülü Retina 4K ekrana sahib iMac (2015-ci il)
    - 27 düym ölçülü Retina 5K ekrana sahib iMac (2015-ci il).
    Vintaj cihazlar:
    - 13 düym ölçülü Retina ekrana sahib MacBook Air (2018-ci il)
    - 2 ədəd Thunderbolt 3 girişinə sahib 13 düym ekranlı MacBook Pro (2017-ci il)
    - 4 ədəd Thunderbolt 3 girişinə sahib 13 düym ekranlı MacBook Pro (2018-ci il).
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İlk qatlana bilən iPhone ekranın alt hissəsinə yerləşdirilən kamera texnologiyasını əldə edə bilər
    ilk-qatlana-bilen-iphone-ekranin-alt-hissesine-yerlesdirilen-kamera-texnologiyasini-elde-ede-biler
    Apple Intelligence üçün iPhone-da minimum hansı həcmdə daxili yaddaş istifadə ediləcək?
    apple-intelligence-ucun-iphone-da-minimum-hansi-hecmde-daxili-yaddas-istifade
    iPhone 16-dakı Camera Control düyməsinin əvəzlənməsi üçün smartfonun bütün gövdəsini əvəzləmək lazım gələcək
    iphone-16-daki-camera-control-duymesinin-evezlenmesi-ucun-smartfonun-butun-govdesini-evezlemek-lazim-gelecek
    iPhone 17 Pro modelləri ekranın alt hissəsinə yerləşdirilmiş Face ID-ni əldə etməyəcəklər
    iphone-17-pro-modelleri-ekranin-alt-hissesine-yerlesdirilmis-face-id-ni-elde-etmeyecekler
    iPhone 17 və iPhone 17 Air modellərinin vacib ekran özəllikləri açıqlanıb
    iphone-17-ve-iphone-17-air-modellerinin-vacib-ekran-ozellikleri-aciqlanib