Apple 15 sentyabrdakı təqdimatında iPhone 12-ni təqdim etməyə bilər

Apple 15 sentyabrdakı təqdimatında iPhone 12-ni təqdim etməyə bilər

Mobil Cihazlar
10.09.2020 PAYLAŞIM

    Dünən Apple elan etmişdi ki, şirkətin növbəti təqdimat tədbiri 15 sentyabr tarixində baş tutacaq. Lakin görünür, həmin təqdimat tədbirində yeni iPhone 12 modellərini gözləmək lazım deyil. Bu barədə Gagadget saytı xəbər verib. Bundan daha öncə Bloomberg-in jurnalisti Mark Gurman və məşhur insayder Jon Prosser də bildirmişdilər ki, bu ay Apple şirkəti yeni iPhone modellərini təqdim etməyəcək. İndi isə bu məlumatı məşhur insayder Evan Blass təsdiqləyib.

    Evan Blass-ın verdiyi məlumata əsasən 5G dəstəkli iPhone 12 modellərinin ön sifarişləri 20 oktyabr tarixində bitəcək. Adətən Apple şirkəti ön sifarişləri 1 həftə ərzində saxlayır. Burdan da belə qənaətə gəlmək olar ki, Apple şirkəti yeni iPhone 12 modellərini ön sifarişdən 1 həftə öncə təqdim edəcək. Yəni 13 oktyabr tarixində. 15 sentyabrda baş tutacaq təqdimat tədbirinə gəldikdə isə çox güman ki, şirkət həmin gündə yeni iPad Air modelini və Apple Watch Series 6 seriyasını təqdim edəcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi şirkəti Mi 10T, Mi 10T Pro və Mi 10T Lite smartfonlarını təqdim edib - Qİ..

Baş tutmuş online təqdimat çərçivəsində Xiaomi şirkti yeni Mi 10T smartfon seriyasını təqdim edib. ..


Huawei Mate 40 flaqman smartfon seriyasının təqdimat tarixi barəsində məlumat ve..

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Huawei şirkəti Mate 40 flaqman smartfon..


Rəsmi: Bu il OnePlus 8T seriyasında Pro model olmayacaq

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti bu il OnePlus 8T seriyasının..


İnsayderlər: Bu ilki iPhone 12 seriyasında yalnız bir ədəd flaqman smartfon olac..

Gələn ay Apple şirkəti 4 yeni iPhone 12 modeli təqdim etməlidir. İnsayderlərin verdikləri yeni məlum..


Analitiklər smartfonların orta qiymətlərində artımdan xəbər veriblər: Bunun səbə..

Hələ 3 il bundan öncə 999$ qiymətində iPhone X təqdim olunan zaman hamı Apple şirkətini dəli adlandı..


Yeni iPhone modellərinin adları Apple şirkətinin rəsmi keysləri vasitəsilə təsdi..

Gələn ay yeni iPhone modellərinin təqdimatları gözlənilir. Lakin təqdim olunacaq yeni iPhone modellə..

×