Logo
    main-post-cover

    Apple 2 cihazı öz köhnəlmiş cihazlar siyahısına əlavə edib

    Cihazlar+
    16.04.2025
    Emil
         Apple 2 cihazı öz köhnəlmiş cihazlar siyahısına əlavə edib. Artıq şirkət iPhone 6sMac mini (2018) modellərini rəsmi olaraq köhnəlmiş hesab edir. Vintaj (köhnə, lakin dəstək verilən) cihazlar siyahısında isə dəyişiklik yoxdur. Apple bu köhnəlmiş cihazlar üçün bütün aparat dəstəklərini dayandırır və servis təminatçıları bu modellər üçün ehtiyat hissələri sifariş edə bilməzlər.
         Bu da o deməkdir ki, iPhone 6s və Mac mini (2018) modellərinin istifadəsi daha da aktual olmayan hala gəlir və onları dəyişmək vaxtı çatıb. iPhone 6s 2015-ci ildə təqdim olunmuşdu və 3D Touch ekran texnologiyasına malik ilk iPhone olmuşdu. O, Apple Store mağazalarında rəsmi olaraq 2018-ci ilə qədər satılıb. Mac mini (2018) isə Intel prosessorları ilə təchiz olunan seriyanın sonuncu modeli olub və 4/6 nüvəli Intel Coffee Lake prosessorları ilə, həmçinin Intel UHD Graphics 630 qrafik kartı ilə təchiz edilmişdi.
    Mənbə: Apple
    Paylaş