Apple 2 ədəd qatlana bilən iPhone üzərində çalışır
Cihazlar+
21.09.2021
Farid Pardashunas
Ortaya çıxmış məlumata əsasən Apple şirkəti 2 ədəd qatlana bilən iPhone üzərində çalışır. İnsayderlər artıq sözügedən iPhone modellərinin təqribi təqdimat ilini və əldə edəcəkləri texniki özəlliklər barəsində məlumatlar veriblər. Beləliklə verilmiş məlumatda qeyd edilib ki, Apple mühəndisləri hal hazırda 2 ədəd qatlana bilən iPhone üzərində çalışırlar və onlar 2023-cü ildə təqdim oluna bilərlər. Məlumata əsasən Apple öz qatlana bilən smartfonları üçün 2 dizaynı nəzərdən keçirdir.
Belə ki, onlardan biri Galaxy Z Fold 3 modelinə, digəri isə Galaxy Z Flip 3 modelinə bənzəməlidir. Qatlana bilən iPhone modellərinin istehsalında Apple şirkəti LG-nin ekranlarından istifadə edəcək. Gözləntilərə əsasən Galaxy Z Fold 3 dzaynında reallaşdırılacaq iPhone modeli 7.5 düym ekran ilə təchiz olunacaq. Lakin Galaxy Z Flip 3 dizaynında reallaşdırılacaq iPhone-nun hansı ölçüdə ekran ilə təchiz olunacağı bilinmir. Hələ bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Apple 2023-cü ildə 15-20 milyon ədəd qatlana bilən cihazı satışa çıxardacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)