
Apple 2 ildən sonra iPhone Pro modellərində Face ID texnologiyasını ekranın alt hissəsinə yerləşdirə bilər
Ross Young adlı məşhur insayder Apple şirkətinin gələcək smartfonları barəsində məlumat verib. İnsayderin sözlərinə əsasən 2 ildən sonra Apple Face ID texnologiyasını iPhone Pro modellərində ekranın alt hissəsinə yerləşdirməyə başlayacaq. Söhbət, iPhone 17 Pro modellərindən gedir. İnsayder həmçinin bildirib ki, smartfonlar ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissəni özlərində qoruyub saxlayacaqlar. Şirkət ekran üzərində çıxıntı hissədən tamamilə 2027-ci ildə iPhone 19 Pro smartfonlarında imtina etməyi planlaşdırır.
Paylaş
Bənzər xəbərlər