
Apple 20 düym elastiki ekrana sahib MacBook üzərində çalışır
Cihazlar+
07.03.2024
Emil
İnternetdə dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti elastiki ekrana sahib MacBook üzərində çalışır. İndi isə bu məlumat məşhur analitik Ming-Chi Kuo tərəfindən təsdiqlənib. Analitik bildirib ki, elastiki ekrana sahib MacBook modeli özündə 20.3 düym ölçülü ekranı birləşdirəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan MacBook-lar arasında ən böyük ekran ölçüsü məhz 16 düym-dür. Analitikin sözlərinə əsasən bu yeni MacBook hələ ilkin hazırlanma mərhələsindədir və şirkət onu 2027-ci ildə təqdim etməyi planlaşdırır. Bununla yanaşı analitik əlavə edib ki, 20.3 düym elastiki ekranlı MacBook noutbuku Apple şirkətinin konkret hazırlanma planına sahib yeganə qatlana bilən cihazıdır. Bu isə o deməkdir ki, yaxın illərdə qatlana bilən iPhone və iPad-i gözləmək lazım deyil.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
