Apple 2025-ci ilə niyə gözlənildiyi kimi başlamadı?
AppleInsider Podcast 2025-ci ilin ilk yarısına həsr olunmuş xüsusi buraxılışında Apple üçün olduqca gərgin və hadisələrlə zəngin dövrü təhlil edib. Yanvar–iyun aylarını əhatə edən icmalda Apple Intelligence layihəsində yaşanan gecikmələr, Siri ilə bağlı problemlər, yeni iPad və Mac modelləri, eləcə də şirkətin süni intellekt strategiyasındakı dəyişikliklər diqqət mərkəzində olub.
Podcast-da Apple-ın ABŞ-də 500 milyard dollarlıq investisiya planları, Trump administrasiyasının tarif qərarlarının şirkətin istehsal zəncirinə təsiri, iPhone 16e və gələcək iPhone modelləri ilə bağlı şayiələr, həmçinin Apple-ın Avropa və Asiya bazarlarında üzləşdiyi tənzimləyici təzyiqlər geniş şəkildə müzakirə edilib.
Bundan əlavə, WWDC 2025-dən sonra təqdim olunan iOS 26, macOS Tahoe və Apple Intelligence funksiyalarının gözləntiləri tam doğrultmaması da tənqidi şəkildə dəyərləndirilib. Aparıcılar qeyd ediblər ki, bir çox istifadəçi üçün Apple-ın süni intellekt addımları rəqiblərlə müqayisədə gecikmiş və qeyri-kafi görünür. Podcast müəllifləri vurğulayıblar ki, 2025-ci ilin ilk yarısı Apple üçün həm texnoloji, həm də strateji baxımdan həlledici mərhələ olub.
Paylaş