
Apple 2026-cı ildə iki yeni iPhone modelini təqdim edə bilər
Cihazlar+
25.02.2025
Emil
Bloomberg-in məşhur insayderi Mark Gurman, Apple şirkətinin iPhone seriyasının gələcək inkişaf planları ilə bağlı yeni detallar paylaşıb. Məlumata görə, Apple 2026-cı ildə iki yeni iPhone modeli təqdim etməyi planlaşdırır. Bu modellər mövcud versiyalardan əhəmiyyətli dərəcədə fərqlənəcəklər. Gurman bildirib: "Cari ilin sonuna qədər Apple daha incə gövdəli iPhone-nu satışa çıxartmağa hazırlaşır və eyni zamanda ilk qatlana bilən cihazının inkişafını tamamlayır”. Bundan əlavə, şirkətin daha bir yeni iPhone dizaynı üzərində işlədiyi barədə məlumatlar var.

Yeni dizayna sahib iPhone barədə hələlik ətraflı məlumat yoxdur. Bu, iPhone 18-ə aid ola bilərmi, bilinmir. Çünki sahə üzrə insayderlər artıq qeyd ediblər ki, iPhone 17 seriyasında radikal dizayn dəyişiklikləri gözlənilmir. Yeganə nəzərəçarpan fərq kamera blokunun alt qatının dəyişməsi ola bilər. Mark Gurman həmçinin orta büdcəli iPhone 17e və 18e modellərinin buraxılışının hələ dəqiqləşmədiyini bildirib. Şirkət əvvəlcə iPhone 16e-nin satışlarını izləyəcək. Bu seriyanın gələcək inkişafı ilə bağlı qərar sonrakı dövrdə veriləcək. Həmişə olduğu kimi, Apple gələcək məhsulları ilə bağlı şayiələri rəsmi şəkildə şərh etmir.
Mənbə: Bloomberg
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
iPhone 17 Pro modellərində əsas diqqət çəkiliş keyfiyyətinin artırılmasına ayrılacaq
Bloomberg-in məşhur insayderi Mark Gurman, Apple şirkətinin gələcək planları haqqında yeni detallar paylaşmağa davam edir.

Elm & Texnologiya
Apple 5G modemi öz prosessorlarına inteqrasiya edəcək
Apple modemi birbaşa prosessora inteqrasiya etməyə imkan verəcək bir texnologiya üzərində çalışır. Bu yenilik enerji səmərəliliyini artıracaq və cihazların istehsal xərclərini azaldacaq.

Cihazlar+
Qatlana bilən iPhone-nun istehsal planlarının reallaşdırıması artıq çox yaxındır
Qatlana bilən iPhone-un rəsmi elanına hələ çox var. İndiyə qədər yalnız təxmini buraxılış tarixləri ortaya çıxıb, lakin konkret bir tarix açıqlanmayıb.

Proqram Təminatı
Apple Böyük Britaniyada iCloud-un end-to-end şifrələnməsini deaktiv edib
Apple bildirib ki, Böyük Britaniya hökumətinin tələbi səbəbindən istifadəçilərə Advanced Data Protection (ADP) funksiyasını təqdim edə bilməyəcək.

Cihazlar+
iPhone 17 Pro modelləri şarj mövzusunda vacib bir funksiyanı əldə edə bilərlər
Instant Digital ləqəbli çinli insayder iPhone 17 Pro seriyası ilə bağlı maraqlı yeniliklər barədə məlumat verib.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
