
Apple 27 düym-lük mini-LED ekrana sahib yeni Studio Display monitoru üzərində çalışır
Cihazlar+
14.02.2025
Emil
Apple yeni 27 düym ölçülü mini-LED ekrana sahib monitor üzərində çalışır və bu monitor 2025-ci ilin sonuna qədər təqdim oluna bilər. Bu barədə məlumatı məşhur insayder Ross Young təqdim edib. Yeni monitor, böyük ehtimalla, ilk dəfə 2022-ci ildə təqdim edilmiş Studio Display-in yenilənmiş versiyası olacaq. Mövcud Studio Display monitoru 5K keyfiyyətli LED ekrandan istifadə edir. Lakin yeni mini-LED variantı daha yüksək parlaqlıq, kontrast və rəng dəqiqliyi təklif edəcək.

Ross Young-ın sözlərinə əsasən monitor Epistar şirkəti tərəfindən hazırlanmış mini-LED texnologiyasını istifadə edəcək və onun üçün ekranları LG Display istehsal edəcək. Hələ 2023-cü ildə Ross Young, Apple şirkətinin ProMotion dəstəkli Studio Display Pro üzərində çalışdığını iddia edirdi, lakin sonradan şirkət bu layihəni ləğv etdi. Bununla belə, məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin 2025-ci ildə yeni 27 düym ölçülü monitorunu təqdim etməyi planlaşdırdığını israrla bildirir.
Mini-LED texnologiyası artıq MacBook Pro modellərində istifadə olunur və daha parlaq rənglər, daha dərin qara çalarlar və təkmilləşdirilmiş kontrast təmin edir. MacBook Pro ekranlarında 10 000-dən çox mini-LED var. Bu da görüntünün daha detallı olmasına imkan yaradır. Bloomberg saytının məşhur insayderi Mark Gurman da Apple şirkətinin bu montior üzərində çalışdığını təsdiqləyib, lakin onun 2026-cı ildə təqdim olunacağını proqnozlaşdırır.
Mənbə: Macrumors
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
iPhone SE 2025?: Apple növbəti təqdimat tədbirini anons edib
Son vaxtlar internetdə Apple-ın yaxın zamanda bir sıra yeni məhsullar təqdim edəcəyi ilə bağlı çoxlu şayiələr yayılıb. Şirkətin baş direktoru Tim Cook, X (keçmiş Twitter) sosial şəbəkəsində sirli bir tizer paylaşaraq tezliklə elan ediləcək yenilikləri təsdiqləyib.

Cihazlar+
iPhone 17 Pro Max kiçik ölçülü Dynamic Island-ı əldə edə bilər
Apple bu ilin ikinci yarısında iPhone 17 smartfon seriyasını təqdim edəcək və bu smartfon seriyasında planlaşdırılan dəyişikliklər barədə getdikcə daha çox məlumat ortaya çıxır.

Cihazlar+
iPhone istifadəçiləri öz smartfonlarını daha tez-tez dəyişməyə başlayıblar
CIRP adlı analitik şirkət iPhone istifadəçilərinin öz cihazlarını nə qədər tez müddətdə dəyişdirdiklərini araşdıran yeni hesabat yayımlayıb.

Cihazlar+
Apple növbəti iPhone SE-nin təqdimatını gələn həftəyə təxirə salıb
Bloomberg saytının məşhur və nüfuzlu insayderi Mark Gurman sonuncu həftəlik Power On xəbərlər xülasəsində Apple-ın orta büdcəli iPhone SE 2025 smartfonunu 12 fevralda təqdim edəcəyini bildirmişdi.

Cihazlar+
Powerbeats Pro 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Apple şirkətinə məxsus olan Beats şirkəti yeni naqilsiz qulaqlığını təqdim edib. Söhbət, Powerbeats Pro 2-dən gedir. Bu yeni naqilsiz qulaqlıq əsasən aktiv həyat tərzi sürən insanlar üçün nəzərdə tutulub.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
