Logo
    main-post-cover

    Apple 50 illiyini Nasdaq birjasında qeyd etdi

    Cihazlar+
    01.04.2026
    Sevinj
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple şirkəti 50 illik yubiley tədbirləri çərçivəsində Nasdaq birjasının açılış zəngini çalmaq üçün dəvət olunub. Şirkətin baş direktoru Tim Cook Apple Park-dan canlı bağlantı vasitəsilə çıxış edərək Nasdaq Opening Bell mərasimini açıq elan edib.
    Watch Tim Cook ring the Nasdaq Opening Bell as part of Apple's 50th -  9to5Mac
        Tim Cook çıxışında Apple-ın 50 il əvvəl Steve Jobs-un qarajında böyük bir ideya ilə qurulduğunu xatırladaraq bildirib ki, şirkətin əsas məqsədi texnologiya vasitəsilə insanların həyatını yaxşılaşdırmaq və onlara dünyanı dəyişmək imkanı vermək olub. Onun sözlərinə görə, Apple məhsullarından istifadə edən insanlar illər ərzində yeni bizneslər qurub, sənayeləri dəyişib, elmi nailiyyətlər əldə edib və milyonlarla insana çatan tətbiqlər yaradıblar.
        Cook həmçinin Apple əməkdaşlarına və şirkətin səhmdarlarına təşəkkür edərək vurğulayıb ki, Apple gələcəkdə də texnologiyanın imkanlarını genişləndirərək insanların potensialını ortaya çıxarmağa davam edəcək. Apple hazırda 50 illik yubileyini müxtəlif tədbirlərlə qeyd edir. Şirkət dünyanın müxtəlif Apple Store mağazalarında konsertlər təşkil edib və yubiley tədbirlərinin Paul McCartney-in konserti ilə yekunlaşacağı bildirilib. Bununla belə, qeyd olunur ki, Apple hələlik yubiley çərçivəsində istehlakçılar üçün böyük bir məhsul və ya xidmət elan etməyib.
    Paylaş