
Apple 7 düym ekranlı yeni ev aksesuarı üzərində çalışır
Cihazlar+
05.07.2024
Emil
Ortaya çıxmış yeni məlumata əsasən Apple şirkəti HomeAccessory17.1 kod adına sahib yeni cihaz üzərində çalışır. Hazırlanan yeni cihazın kod adından belə qənaətə gəlmək olar ki, o, HomePod kimi ev aksesuarı rolunda çıxış edəcək və özündə ekran ilə Apple A18 prosessorunu birləşdirəcək. Məlumatda qeyd edilib ki, HomePod-a bənzəyəcək yeni cihaz 7 düym ölçülü sensorlu ekranla təchiz olunacaq və Apple şirkətinin tvOS əməliyyat sisteminin təkmilləşdirilmiş versiyası vasitəsilə çalışacaq.
Bu isə öz növbəsində cihaza video və smart ev barəsində məlumatların əks etdirilməsi və videozənglərin yerinə yetirilməsi imkanlarını verəcək. Heç istisna deyil ki, sözügedən cihaz Apple Intelligence ekosistemi çərçivəsində hansısa süni zəka funksiyalarını da əldə etsin. HomeAccessory17.1 kod adına sahib yeni cihazın nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur. Təqdimat ya bu il ərzində ya da gələn il baş tuta bilər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
