Logo
    main-post-cover

    Apple ABŞ-də 3 mağazasını bağlayır

    Cihazlar+
    10.04.2026
    Sevinj
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Apple bu yay ABŞ-də yerləşən üç pərakəndə satış mağazasını bağlamağa hazırlaşır. Bağlanacaq filiallar Trumbull, Escondido və Towson şəhərlərində yerləşir. Şirkətin bildirdiyinə görə, bu mağazalar iyun ayında fəaliyyətini tamamilə dayandıracaq.
        Xüsusilə diqqətçəkən məqam Towson filialıdır. Bu mağaza Apple tarixində həmkarlar ittifaqı ilə müqavilə bağlayan ilk məkan kimi tanınır. 2024-cü ildə burada çalışan işçilər ittifaq yaradaraq şirkətlə rəsmi razılaşma əldə etmişdilər.
         Apple açıqlamasında bağlanmanın səbəbi kimi ticarət mərkəzlərindəki ümumi vəziyyətin pisləşməsini və digər mağazaların həmin əraziləri tərk etməsini göstərib. Şirkət həmçinin bildirib ki, Trumbull və Escondido filiallarında çalışan əməkdaşlar yaxınlıqdakı digər Apple mağazalarında işlərini davam etdirə biləcəklər. Towson işçiləri isə mövcud kollektiv müqaviləyə uyğun olaraq şirkət daxilində digər vakansiyalara müraciət edə biləcək.
         Digər tərəfdən, Towson işçilərinin daxil olduğu International Association of Machinists and Aerospace Workers bu qərara sərt reaksiya verib. Təşkilat Apple-ın açıqlamasını təkzib edərək bildirib ki, kollektiv müqavilə mağazanın köçürülməsinə mane olmur və bu addımın ittifaqı zəiflətmək məqsədi daşıya biləcəyindən narahatdır. Onlar məsələ ilə bağlı hüquqi addımlar atmağı da nəzərdən keçirirlər.
    Paylaş