
Apple abunəlik üsulu ilə iPhone satışı ideyasından imtina edib
Cihazlar+
19.12.2024
Emil
Bloomberg saytının vermiş olduğu məlumata əsasən Apple şirkəti öz smartfonlarının yeni satış modelini işə salmağı planlaşdırırdı. Planlaşdırılmış yeni satış modeli istifadəçiləri daha güclü şəkildə brendə və şirkət ekosisteminə bağlamalı idi. Lakin məlumatda qeyd edilib ki, Apple yeni satış modeli fikrindən imtina edib.
Bloomberg bildirib ki, şirkətin yeni satış modelinin məğzi iPhone alışını hansısa tətbiqdəki abunəlik alışı kimi etmək idi. Hər ay müəyyən vəsaitdə ödənişi etməklə alıcı hər il yeni iPhone modelini əldə etməli idi. Məlumata əsasən şirkət bu satış modelini hələ 2022-ci ildə işə salmaq istəyirdi. Lakin nəticədə onun işə salınması təxirə salındı və indi məlum olub ki, Apple ondan tamamilə imtina edib. Apple bu satış modeli sayəsində iPhone satışlarını yüksəltməyi və istifadəçiləri öz ekosisteminə daha güclü şəkildə bağlamağı hədəfləmişdi.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F36-nın xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb
