Logo
    main-post-cover

    Apple ağıllı saatlarında yeni dövr

    Cihazlar+
    03.07.2026
    Sevinj
        Apple-ın gələcək ağıllı saatı olan Apple Watch Series 12 ilə bağlı yeni iddia ortaya çıxıb. Daha əvvəl bəzi düzgün sızmaları ilə diqqət çəkən mənbə Kosutami bildirib ki, yeni nəsil Apple Watch modellərində əlavə sağlamlıq sensoru birbaşa saatın qayışına inteqrasiya edilə bilər. Məlumata görə, yeni sensor yalnız Apple-ın standart silikon qayışında yerləşəcək. Hazırda şirkətin digər materiallardan hazırlanan qayışlara bu texnologiyanı inteqrasiya etməkdə çətinlik yaşadığı bildirilir.
    Apple Watch Series 12 might change almost nothing... or everything | T3
        Sızmada sensorun hansı sağlamlıq göstəricisini ölçəcəyi barədə dəqiq məlumat verilməyib. Bununla belə, Apple-ın uzun müddətdir hidrasiya, əzələ hərəkətlərinin izlənməsi və qeyri-invaziv qan şəkəri monitorinqi kimi yeni sağlamlıq funksiyaları üzərində çalışdığı məlumdur. Əgər bu məlumat doğru çıxarsa, yeni sensor funksiyası yalnız xüsusi silikon qayış vasitəsilə istifadə edilə bilər. Digər ehtimal isə Apple-ın sensorlu qayışı ayrıca aksesuar kimi satışa çıxarmasıdır.
        Qeyd edək ki, Kosutami daha əvvəl bəzi Apple məhsulları ilə bağlı doğru məlumatlar paylaşsa da, bəzi proqnozları da öz təsdiqini tapmayıb. Buna görə də, Apple Watch Series 12-nin qayışında sensorun olub-olmayacağı hələlik rəsmi şəkildə təsdiqlənməyib.
    Paylaş