main-post-cover

    Apple AirPods Pro 2, klinik səviyyəli eşitmə cihazına çevrilir!

    Cihazlar+
    10.09.2024
    Farid Pardashunas

         Apple AirPods Pro 2 tam simsiz qulaqlıq modeli, tezliklə klinik səviyyədə eşitmə problemlərini aşkar etməyə başlayacaq. Bu yolla cihaz, öz seqmentində əhəmiyyətli üstünlük qazanacaq.

         iPhone 16 tədbirində təqdim edilən yeni funksiya, tibb təşkilatları ilə aparılan on minlərlə sınaq və araşdırmalar nəticəsində hazırlanıb. Bildirilir ki, 8 milyard insan əhalisi arasında hələ də eşitmə problemindən xəbəri olmayan saysız-hesabsız insan var. Yeni funksiya istifadəçiyə AirPods Pro 2 modeli ilə öz üzərində testlər aparmağa imkan verəcək.
         Belə ki, artıq istifadəçilər 5 dəqiqə çəkən testlə klinik eşitmə səviyyələrini öyrənə bilərlər. Bu testin nəticələri isə "Health" tətbiqində görünə biləcək. Nəticələr müəyyən dərəcədə eşitmə problemini aşkar edərsə, qulaqlıq avtomatik olaraq eşitmə cihazı rejiminə keçir. Bu rejimdə, ətrafdakı səslər daha da yaxşı aydınlaşdırılır və istifadəçiyə ötürülür. Musiqi dinləyərkən avtomatik profil aktivləşdirilir. Bu xüsusiyyət, ABŞ Dərman Administrasiyasının təsdiqindən sonra bir yenilənmə ilə əlçatan olacaq. Bütün bunlara əlavə olaraq, yüksək səsli mühitlərdə passiv səs-küyün ləğvi xüsusiyyəti də standart olaraq gələcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16, 16 Plus, 16 Pro və 16 Pro Max təqdim olundu - QİYMƏTİ
    iphone-16-16-plus-16-pro-ve-16-pro-max-teqdim-olundu-qiymeti
    Bir istifadəçi, iPhone-nun suya davamlılığının marketinq hiləsi olduğunu bildirərək Apple-a qarşı iddia qaldırıb!
    bir-istifadeci-iphone-nun-suya-davamliliginin-marketinq-hilesi-oldugunu-bildirerek-apple-a-qarsi-iddia-qaldirib
    Yeni dünya rekordu: Dünyanın ən böyük iPhone 15 Pro Max-ı hazırlanıb (VİDEO)
    yeni-dunya-rekordu-dunyanin-en-boyuk-iphone-15-pro-max-i-hazirlanib-video
    Apple heç bir AR dəstəyinə sahib olmayan smart eynək üzərində çalışır
    apple-hec-bir-ar-desteyine-sahib-olmayan-smart-eynek-uzerinde-calisir
    Oktyabr ayında yeni iPad mini planşetinin təqdimatı gözlənilir
    oktyabr-ayinda-yeni-ipad-mini-plansetinin-teqdimati-gozlenilir