
Apple AirTag 2 axtarış trekeri barəsində yeni təfərrüatlar təqdim edilib
Cihazlar+
17.12.2024
Emil
Bloomberg saytının məşhur insayderi Mark Gurman, Apple məhsulları barəsində məlumat verməyə davam edir. İnsayderin yeni məlumatları hələ təqdim edilməmiş Apple AirTag 2 axtarış trekerini əhatə edirlər. Beləliklə Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz yeni axtarış trekerini 2025-ci ilin ortasında təqdim etməyi planlaşdırır. Onun sözlərinə inansaq, AirTag 2 axtarış trekeri ikinci nəsil Ultra Wideband çipi ilə təchiz olunacaq.
Qeyd etmək lazımdır ki, bu çip ilk dəfə 2023-cü ildə iPhone 15 smartfonlarında və Apple Watch Ultra 2 smart saatında istifadə edildi. Bu çip birinci nəsil AirTag ilə müqayisədə AirTag 2-nin çalışma radiusunu 3 dəfə böyüdəcək. Çox güman ki, istifadəçilər AirTag 2-yə sahib itmiş əşyaları 60 metr məsafədə axtara biləcəklər. Bununla belə məlumatda qeyd edilib ki, yeni axtarış trekeri xarici görünüşcə birinci nəsil AirTag-dan fərqlənməyəcək və bundan əlavə olaraq o, daha təkmilləşdirilmiş səsgücləndirici ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Apple böyük ölçülü qatlana bilən cihaz üzərində çalışır
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti özündə iPad və Mac cihazlarının funksionallıqlarını birləşdirəcək iddialı qatlana bilən cihaz üzərində çalışır.

Cihazlar+
Apple şirkəti iPhone 17 Air-in kütləvi istehsalına hazırlaşır
Son zamanlarda ortaya çıxmış məlumata əsasən Apple şirkəti gələn il nazik gövdəyə sahib iPhone 17 Air smartfonunu təqdim edəcək.

Cihazlar+
Apple Avropada 2 iPhone modelinin satışını dayandırır!
Avropa İttifaqında 2025-ci ilin yanvarında qüvvəyə minəcək yeni qanun səbəbindən Apple-ın bu ilin sonuna qədər 2 iPhone modelinin satışını dayandıracağı bildirilib. Satışdan çıxarılacaq telefonlar bunlardır...

Cihazlar+
Apple gələn ildən öz cihazlarında fərdi Wi-Fi və Bluetooth çiplərini istifadə edəcək
Bloomberg saytının vermiş olduğu məlumata əsasən Apple şirkəti 2025-ci ildən başlayaraq öz cihazlarında fərdi Bluetooth və Wi-Fi çiplərindən istifadə edəcək.

Cihazlar+
Apple Vision Pro 2024-cü ilin ən innovasiyalı məhsulu seçilib
Popular Science saytı Apple şirkətinin qarışıq reallıq cihazı olan Vision Pro-nu 2024-cü ilin ən innovasiyalı məhsulu adına layiq görüb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
