Logo
    main-post-cover

    Apple AirTag 2 axtarış trekerinin mümkün təqdimat müddəti açıqlanıb

    Cihazlar+
    09.10.2024
    Emil
         Apple şirkəti birinci nəsil AirTag axtarış trekerini 2021-ci ildə təqdim etmişdi. Həmin vaxtdan şirkət bu məhsulunu yeniləməyib. Lakin yaxın zamanda bu vəziyyət dəyişəcək. Belə ki, Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti ikinci nıəsil AirTag-ı 2025-ci ilin birinci yarısında təqdim etməyi planlaşdırır. Gözləntilərə əsasən AirTag 2 özündə daha təkmilləşdirilmiş çipi birləşdirəcək və genişzolaqlı əlaqə texnologiyasının (UWB) ikinci nəslinə sahib olacaq.
         Bütün bunların sayəsində AirTag 2 üzərindən itmiş əşyaları tapmaq daha da sadə bir proses olmalıdır. Qeyd etmək lazımdır ki, birinci nəsil AirTag modeli U1 adlı çip vasitəsilə çalışır və bu çip özündə UWB ilə Bluetooth-u birləşdirir. İkinci nəsil AirTag-ın dizaynında hər hansısa dəyişikliyin olub-olmayacağı hələ aydın deyil. Lakin son məlumatlara əsasən Apple yeni axtarış trekerini üstəlik Vision Pro-ya da inteqrasiya edəcək. Bu cür inteqrasiyanın nəyə lazım olduğu isə məlum deyil.
    Paylaş