
Apple AirTag 2 nə zaman təqdim olunacaq?
Cihazlar+
08.01.2024
Emil
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti itmiş əşyaların tapılması üçün nəzərdə tutulmuş AirTag trekerinin ikinci nəslini bu il təqdim etməyi planlaşdırırdı. Lakin nəticədə şirkət AirTag 2-nin təqdimatını təxirə salmaq qərarını verdi. Gurman-ın sözlərinə əsasən AirTag 2 trekeri 2025-ci ildən tez satışa çıxmayacaq. Bunun üçün bir sıra səbəblər var. Birincisi Apple şirkətinin bu sahədə rəqibi çox azdır. Hal-hazırda aktual olan AirTag modeli isə hələ də yaxşı şəkildə çalışır və istifadəçiyə lazım olan bütün imkanları təklif edir. İkincisi şirkət birinci nəsil AirTag-a ola biləcək real tələbatı hesablaya bilmədiyi üçün həddən artıq cihaz istehsal edib. Nəticədə hal-hazırda satılması lazım olan çoxlu sayda AirTag mövcuddur.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
