Logo
    main-post-cover

    Apple AirTag ölçüsündə AI cihaz hazırlayır: təqdimat 2027-də ola bilər

    Cihazlar+
    22.01.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Apple-ın süni intellekt əsaslı, AirTag ölçüsündə geyilə bilən yeni bir cihaz üzərində işlədiyi bildirilir. The Information nəşrinin məlumatına görə, bu cihaz istifadəçinin ətraf mühitini anlamaq üçün kamera və mikrofonlarla təchiz olunacaq.
    Apple is working on an AI-powered wearable pin - 9to5Mac
        Məlumata əsasən, qurğu AirTag ölçüsündə, nazik, yastı və dairəvi dizayna malik olacaq. Korpusun alüminium və şüşədən hazırlanacağı, üzərində isə standart və geniş bucaqlı kamera, üç mikrofon, səsucaldan, fiziki düymə və simsiz enerji yığma dəstəyi olacağı qeyd edilir. Layihə hələlik erkən mərhələdədir və cihazın 2027-ci ildən tez olmayaraq təqdim edilə biləcəyi bildirilir. Məqsəd istifadəçinin ətraf mühiti ilə bağlı məlumatları toplayaraq süni intellekt vasitəsilə daha ağıllı və kontekstual təcrübə yaratmaqdır.
        Bununla yanaşı, Apple yaxın aylarda Google ilə əməkdaşlıq edərək Siri səsli köməkçisini daha fərdiləşdirilmiş hala gətirməyi planlaşdırır. Bloomberg isə bildirir ki, sentyabr ayından etibarən Siri iPhone, iPad və Mac cihazlarında AI-çatbot formatına keçəcək.
    Paylaş