
Apple aksesuarlar;nda Lightning girişi USB-C ilə nə zaman əvəzlənəcək
Cihazlar+
12.12.2023
Emil
Apple şirkəti öz məhsullarında Lightning girişindən imtina edərək onu USB-C ilə əvəz edir. Lakin Mac kompüterləri üçün nəzərdə tutulmuş aksesuarlarda hələ də Lightning girişindəın istifadə edilir. Həmin aksesuarlarda Lightning-in USB-C ilə əvəzlənməsi bu il üçün gözlənilirdi. Lakin nəticədə bu, baş vermədi. Belə ki, oktyabr ayının sonunda təqdim edilmiş yeni aksesuarlar Lightning girişinə sahibdirlər. Lakin verilmiş məlumata əsasən şirkət bu vəziyyəti 2024-cü ildə dəyişəcək. İnsayderlərin sözlərinə əsasən gələn ilin yaz fəslində şirkət USB-C-yə sahib Magic Mouse, Magic Keyboard və Magic Trackpad-i təqdim edəcək.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
