
Apple artıq bu dəfə yeni məhsullarını təqdim edə bilər
Cihazlar+
04.03.2024
Emil
Apple şirkəti yaxın zamanda öz yeni məhsullarını təqdim etməlidir. Söhbət, yeni iPad planşetlərindən və bir ədəd yeni MacBook modelindən gedir. İndi isə Macrumors saytı bunun nə zaman baş verəcəyini açıqlayıb. Beləliklə Macrumors-un vermiş olduğu məlumata əsasən Apple öz yeni məhsullarını artıq bu həftə təqdim etməlidir. Məlumatda qeyd edilib ki, şirkət ənənəvi təqdimat tədbiri keçirtməyəcək. Bunun yerinə şirkət öz yeni məhsulları barəsində məlumatları press-reliz şəklində bölüşəcək. Şirkətin hansı yeni məhsullarını təqdim edəcəyi dəqiq şəkildə bilinmir. Lakin bəzi məlumatlara əsasən söhbət, M3 prosessoruna sahib yeni iPad Pro, M2 prosessoruna sahib yeni iPad Air və M3 prosessoruna sahib yenilənmiş 13-15 düym ekranlı MacBook Air noutbukundan gedir.
Paylaş
Ən çox oxunanlar

Samsung Odyssey OLED G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
