
Apple artıq iPhone 17 Air-in böyük ekranlı davamçısı üzərində çalışır
Cihazlar+
06.05.2025
Emil
Apple-ın bu ilki ən parlaq smartfonu iPhone 17 Air olacağı vəd edilir - bu model seriyada rekord dərəcədə nazik, cəmi 5.5 mm qalınlığa malik gövdə ilə təqdim olunmalıdır. Şirkətin bu cihazla bağlı böyük planları var və onun növbəti versiyası artıq hazırlanma mərhələsindədir. Bunu nüfuzlu analitik Ming-Chi Kuo bildirib. Gözləntilərə görə, iPhone 17 Air, iPhone Plus modelini əvəz edəcək və qiyməti 900-1000$ arasında olacaq. Sızmalara əsasən, bu smartfon 6.6 düym ölçülü ekrana sahib olacaq və ölçü baxımından Pro və Pro Max modellərinin arasında yerləşəcək. Apple artıq yeni nəsil iPhone Air üzərində çalışır.

Ming-Chi Kuo-ya görə, iPhone 17 Air-in damaçısı daha böyük ekranla təchiz ediləcək. iPhone 17 Air bu ilin payızında təqdim olunacaq, iPhone 18 Air isə 2026-cı ilin payızında demək olar ki, eyni dizaynla və texniki baxımdan kiçik təkmilləşdirmələrlə satışa çıxarılacaq. Əsas yenilik isə iPhone 19 Air ilə 2027-ci ilin ikinci yarısında gözlənilir. Apple əvvəlcə 6.9 düym ölçülü ekrana sahib nazik iPhone modeli üzərində işləyirdi. Bu barədə hələ mart ayında Bloomberg-in insayderi Mark Gurman məlumat vermişdi.

Belə ekran ölçüsü Pro Max modelinin ekran ölçüsünə uyğundur. Lakin istehsalçı, cihazın çox nazik və bükülməyə meyilli olacağından ehtiyat edərək bu variantdan imtina etməyə məcbur qalıb. Buna baxmayaraq, 6.9 düym ekranlı nazik smartfon layihəsi tamamilə dayandırılmayıb və Apple bu modelin möhkəmliyilə bağlı problemi 2027-ci ilə qədər həll etməyi planlaşdırır. Qeyri-rəsmi məlumatlara görə, 2026 və 2027-ci illər üçün Apple iPhone Pro modellərinin radikal dizayn dəyişikliyini hazırlayır. Eyni zamanda, 2026-cı ildə Apple-ın ilk qatlana bilən iPhone modelini təqdim edə biləcəyi ehtimal olunur.
Mənbə: 9to5mac
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
