Logo
    Apple bayram öncəsi sürətli çatdırılmanı pulsuz etdi

    Apple bayram öncəsi sürətli çatdırılmanı pulsuz etdi

    Cihazlar+
    23.12.2025
      Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple bayram öncəsi müştərilər üçün məhdud müddətli xüsusi kampaniyaya start verib. Şirkət 22 dekabr tarixindən 24 dekabr 2025-ci il saat 12:00-dək Apple Store-lardan edilən alışlar üçün iki saatlıq çatdırılmanı ödənişsiz təqdim edir. Adətən 9 dollar olan bu sürətli çatdırılma xidməti yalnız məhdud zamanmüəyyən bölgələrdə keçərlidir.
    50 Apple Store Deliverers near you | Airtasker AU
    Apple bildirir ki, kampaniya əsasən “böyük şəhərlərdəki” mağazaları əhatə edir və məhsulun anbarda mövcud olması əsas şərtdir. Pulsuz iki saatlıq çatdırılma aşağıdakı məhsullar üçün keçərlidir:
    • iPhone
    • iPad
    • Mac
    • Apple Watch
    • AirPods
    • Apple TV
    • Beats
      Lakin bəzi istisnalar var. Apple-ın şərtlərinə əsasən, aşağıdakı məhsullar bu kampaniyaya daxil deyil:
    • Fərdiləşdirilmiş (custom) Mac modelləri
    • Kredit, maliyyələşdirmə və ya bank köçürməsi ilə alınan cihazlar
    • T-Mobile və Verizon operatorları vasitəsilə maliyyələşdirilən iPhone-lar
      Qeyd olunur ki, T-Mobile və Verizon maliyyələşdirməsi ilə alınan iPhone-lar təkcə pulsuz iki saatlıq çatdırılmadan kənar qalmır, eyni zamanda standart qaytarılma qaydalarına tabedir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Apple bayram öncəsi sürətli çatdırılmanı pulsuz etdi