
Apple birinci nəsil iPhone SE-nin servis dəstəyini dayandırıb
Cihazlar+
06.12.2023
Emil
Apple şirkəti birinci nəsil iPhone SE smartfonunu köhnəlmiş smartfonlar siyahısına daxil edib. Bu isə o deməkdir ki, birinci nəsil iPhone SE üçün artıq heç bir servis dəstəyi və xidməti göstərilməyəcək. Yəni smartfonun təmiri belə artıq mümkün deyil. Şirkət təmirə ehtiyacı olan hər hansısa iPhone SE-nin təmirini o halda reallaşdıra bilər ki, servis xidməti ehtiyat hissələrə sahib olsun. Lakin ehtiyat hissələrinin artıq istehsal edilmədiyini nəzərə alsaq, çətin ki, zədələnmiş iPhone SE-ni rəsmi Apple servis mərkəzində təmir etmək mümkün olsun. Qeyd etmək lazımdır ki, birinci nəsil iPhone SE 2018-ci ilin sentyabr ayına kimi satılırdı.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
