
Apple böyük ölçülü qatlana bilən cihaz üzərində çalışır
Cihazlar+
16.12.2024
Emil
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti özündə iPad və Mac cihazlarının funksionallıqlarını birləşdirəcək iddialı qatlana bilən cihaz üzərində çalışır. İnsayder bildirib ki, hazırlanan qatlana bilən cihaz iki ədəd iPad Pro ölçüsündədir. Bu isə o deməkdir ki, qatlana bilən cihazın ekran ölçüsü təqribi olaraq 25 düym təşkil edəcək.
Məlumatda qeyd edilib ki, bu cihazın hazırlanmasında Apple şirkətinin əsas məqsədi cihazın ekranı üzərində qatlanma izinin aradan qaldırılmasıdır. İnsayder hesab edir ki, cihazın əməliyyat sistemi qismində iPadOS və ya onun analoqu istifadə edilə bilər. Plana əsasən cihaz iPad və Mac cihazlarının funksionallıqlarını əldə edəcək. Lakin bununla belə o, adları sadalanmış bu cihazların hibridi olmayacaq. Cihazın macOS tətbiqlərini işə sala biləcəyi gözlənilir. Gurman bildirib ki, Apple bu qatlana bilən cihazını 2028-ci ildə təqdim edə bilər. Qatlana bilən iPhone-nun təqdimatı isə 2026-cı ildə gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
