
Apple bu il 5 ədəd yeni iPhone modeli təqdim edə bilər
Cihazlar+
13.02.2024
Emil
İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Apple şirkəti hal-hazırda xarici görünüşcə iPhone Xr-ə bənzəyən iPhone modelini test edir və test edilən smartfonun ekranı üzərində Dynamic Island çıxıntısı mövcuddur. İnsayderlər güman edirdilər ki, söhbət, növbəti iPhone SE-dən gedir. Lakin internetdə ortaya çıxmış qeyri-rəsmi məlumata əsasən Apple bu il iPhone 16 smartfon seriyasında 4 model əvəzinə 5 model təqdim edə bilər. İnsayderlərdən birinin sözlərinə əsasən iPhone 16 seriyası iPhone SE seriyası ilə birləşəcək. İnsayder bildirib ki, Apple hal-hazırda iPhone 16 SE və iPhone 16 Plus SE modelləri üzərində çalışır. Məlumatda qeyd edilib ki, bu smartfonlar 60 Hz-lik təsvir yenilənməsinə sahib ekranı, Dynamic Island çıxıntısını və bir ədəd arxa kameranı əldə edəcəklər. İnsayder əlavə edib ki, o bu məlumata şübhə yanaşır və onu lazımi şəkildə yoxlayacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
