Apple bu il həqiqətən də iPhone 15 Pro smartfonlarına sensorlu düymələr yerləşdirməyəcək

Apple bu il həqiqətən də iPhone 15 Pro smartfonlarına sensorlu düymələr yerləşdirməyəcək

Mobil Cihazlar
05.05.2023 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple bu il iPhone 15 Pro smartfonlarında səsin tənzimlənməsi üçün nəzərdə tutulmuş fiziki düymələri sensorlu analoqlar ilə əvəz edəcək. Lakin daha sonra bəzi nüfuzlu insayderlər bildirdilər ki, Apple texniki problemlər səbəbilə bu ideyadan imtina edib. Görünür, bu məlumat həqiqəti əks etdirir.

    Belə ki, Apple şirkətinin istehsalat zəncirində iştirak edən partnyorlarından biri məlumat verib ki, iPhone 15 Pro modellərində səsin tənzimlənməsi üçün nəzərdə tutulmuş düymələr sensorlu analoqlar ilə əvəzlənməyəcək. Məlumatı Cirrus Logic adlı şirkət təqdim edib. Məhz bu şirkət sensorlu düymələr üçün vibrasiya elementlərini hazırlamalı idi. Şirkətin investorlar üçün təqdim etmiş olduğu hesabatda isə qeyd edilib ki, Apple bu il təqdim ediləcək iPhone 15 Pro smartfonlarında sensorlu düymələrdən istifadə ideyasından imtina edib.




DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×