
Apple bu ilin sonuna kimi 2 yeni iPad planşetini təqdim edə bilər
Cihazlar+
12.08.2024
Emil
9to5mac saytının vermiş olduğu məlumata əsasən Apple şirkəti bu ilin payız fəslində iki yeni iPad modelini təqdim edə bilər. Söhbət, 11-ci nəsil adi iPad modelindən və 7-ci nəsil iPad mini modelindən gedir. 2022-ci ildə təqdim edilmiş 10-cu nəsil adi iPad modeli ciddi dizayn dəyişikliyinə məruz qalmışdı. Belə ki, planşet yastı gövdə dizaynına keçid etmişdi, USB-C girişini əldə etmişdi və ekran üzərində üfüqi istiqamətdə ön kameraya sahib idi.
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple yeni nəsil adi iPad modelinin istehsal xərclərini azaltmağa hədəflənib. Gözləntilərə əsasən 11-ci nəsil adi iPad modeli A16 Bionic prosessoru vasitəsilə çalışacaq. Lakin planşetin A17 və ya hətta A18 prosessorunu əldə edəcəyi istisna deyil. 6-cı nəsil iPad mini planşeti 2021-ci ildə təqdim edilmişdi. Həmin vaxtda bu planşet yastı gövdə dizaynını, USB-C girişini və Apple Pencil 2 dəstəyini əldə etmişdi. 6-cı nəsil iPad mini Apple şirkətinin hal-hazırkı planşet seriyasında ən köhnə model hesab olunduğu üçün 7-ci nəsil iPad mini-də bəzi ciddi dəyişikliklərin olacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Apple gələn il iPhone 17 Air-i təqdim edə bilər
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti gələn il nazik gövdəyə sahib kompakt ölçülü iPhone 17 Slim smartfonunu təqdim edəcək.

Cihazlar+
Yeni Apple Mac mini daha kompakt ölçüyə sahib olacaq
Heç şübhəsiz Apple şirkəti hal-hazırda yeni Mac mini kompüteri üzərində çalışır.

Proqram Təminatı
Apple Maps Android-ə gəlir
Verilmiş məlumata əsasən Apple şirkətinin Maps tətbiqi yaxın zamanda iOS-dəki eksklüzivliyini itirə bilər.

Cihazlar+
iPhone 16-nın yeni gövdə rəngləri sərgilənib (VİDEO)
Apple şirkətinin gələn ay təqdim edəcəyi iPhone 16-nın yeni videosu ortaya çıxıb.

Cihazlar+
iPad Air 2 ildən sonra OLED ekrana keçid edə bilər
Apple may ayında yeni iPad Air 2024 planşetini təqdim etdi.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
