Logo
    main-post-cover

    Apple bu ilki iPhone-ların qiymətlərini qaldırmaq üçün uyğun arqument axtarışındadır

    Cihazlar+
    12.05.2025
    Emil
         Apple bu payız təqdim olunacaq yeni iPhone seriyasının qiymətlərini artırmağı planlaşdırır. Lakin şirkət qiymət artımının ABŞ-ın Çin idxalına tətbiq etdiyi yeni gömrük rüsumları ilə bağlı olduğu təəssüratını yaratmamağa çalışır. Bu barədə The Wall Street Journal anonim mənbələrə istinadən xəbər verib. Qeyd olunub ki, Apple qiymət artımını cihazlara əlavə ediləcək yeni funksiyalar və dizayn dəyişiklikləri ilə əsaslandırmağı nəzərdən keçirir. Təchizat zəncirindəki mənbələrə istinadən verilən məlumata görə, bazar analitikləri gömrük rüsumlarının artımının bu ilin üçüncü rübündə Apple-a 900 milyon dollara başa gələcəyini gözləyirlər.
         Şirkət hələ ki, ABŞ və Çin arasında ticarət müharibəsinin məhsullarının qiymətinə təsir edib-etməyəcəyi ilə bağlı açıqlama verməyib. Bununla belə, Apple artıq gömrük rüsumlarının təsirini azaltmaq məqsədilə iPhone modellərinin əsas hissəsini Çindən deyil, Hindistandan idxal edir. Bazar ertəsi günü ABŞ və Çin qarşılıqlı gömrük rüsumlarının tətbiqini 90 gün müddətinə dayandırmaq barədə razılığa gəliblər. ABŞ prezidenti Donald Trump-ın administrasiyası həmçinin texnologiya sektoruna, xüsusilə smartfonlar, noutbuklar, sərt disklər və yarımkeçirici istehsal edən avadanlıqlar üçün genişmiqyaslı tarif güzəştləri elan edib. Lakin daha əvvəl tətbiq olunmuş 20%-lik Çin mallarına gömrük rüsumu hələ də qüvvədə qalır.
    Paylaş