Apple bu ilki iPhone modellərində köhnə adlandırma sistemindən istifadə edə bilər
Cihazlar+
17.01.2021
Farid Pardashunas
iPhone 12 smartfon seriyasında Apple şirkəti bir növ keçmişə qayıtmış oldu. Belə ki, şirkət bu smartfon seriyasında iPhone 4 və iPhone 5-i xatırladan dizaynı reallaşdırdı. Ortaya çıxmış yeni məlumat sızıntısına əsasən isə Apple bu il öz smartfonlarının köhnə adlandırma sisteminə geri dönə bilər. Bu barədə 4pda saytı xəbər verib. Əvvəlki illərdə hər bir yeni iPhone modeli öz dizaynı ilə fərqlənirdi. Lakin təqdim olunan iPhone smartfonları arasında adında S hərfi olan modellər də təqdim olunurdu.
iPhone S seriyasına daxil olan smartfonlar xarici görünüşcə əsasən heç bir özəllik ilə fərqlənmirdilər. Məsələn vaxtı ikən Apple iPhone 3GS, iPhone 4S, iPhone 5S və iPhone 6S modellərini təqdim edib. S seriyasına daxil olan son iPhone modeli isə iPhone XS-dir. Daha sonra şirkət iPhone 11 və iPhone 12 seriyalarını təqdim edib. Məntiqlə bu ilki iPhone smartfonları iPhone 13 adlı seriyaya daxil olmalıdırlar.
Lakin bəzi mənbələrin verdikləri məlumata əsasən şirkət bu il öz smartfonlarını iPhone 13 yox iPhone 12S adlandıracaq. Əgər bu həqiqətən də belədirsə deməli bizləri payız fəslində iPhone 12S, iPhone 12S mini, iPhone 12S Pro və iPhone 12S Pro Max modelləri gözləyir. Məlumata əsasən Apple bu ilki smartfonların ekranları üzərində olan çıxıntı hissənin ölçüsünü bir qədər kiçildəcək. Bununla yanaşı bu ilki iPhone modellərinin 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranlar ilə təchiz olunacaqları gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)