
Apple büdcəli AirPods üzərində çalışır
Cihazlar+
02.04.2024
Emil
Apple şirkəti bu il yeni AirPods qulaqlıqlarını təqdim etməlidir. Jeff Pu adlı məşhur analitikin vermiş olduğu məlumata əsasən Apple hal hazırda büdcəli AirPods və yeni nəsil AirPods Max üzərində çalışır. Daha öncəki məlumat sızıntılarına əsasən bu il AirPods iki versiyada təqdim olunacaq. Yeni AirPods modellərinin tamamilə fərqli dizaynı və USB-C girişinə sahib şarj keysini əldə edəcəkləri gözlənilir. Daha baha qiymətə satılacaq AirPods modeli isə özündə ətraf səs-küyün aktiv boğulması funksiyasını birləşdirməlidir. Yeni nəsil AirPods Max modelinə gəldikdə isə o, orijinal AirPods Max-ın dizaynını və USB-C girişini əldə etməlidir.
Paylaş
Ən çox oxunanlar

Samsung Odyssey OLED G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
