Apple çip strategiyasını dəyişir
Apple prosessor strategiyasında əhəmiyyətli dəyişiklik etməyə hazırlaşır. Bloomberg-in jurnalisti Mark Qurmanın məlumatına görə, şirkət M6 çip ailəsini tam şəkildə inkişaf etdirməyəcək və əsas diqqəti süni intellekt üçün optimallaşdırılmış M7 seriyasına yönəldəcək. Məlumata əsasən, 2026-cı ilin payızında yalnız standart Apple M6 prosessoru təqdim ediləcək. Əvvəlki illərdən fərqli olaraq isə M6 Pro, M6 Max və M6 Ultra modelləri ümumiyyətlə buraxılmayacaq. Bunun əvəzinə Apple cəmi təxminən altı ay sonra, 2027-ci ilin ilk yarısında yeni nəsil M7 prosessorunu təqdim etməyi planlaşdırır.
Bu qərarın əsas səbəbi M7 seriyasının süni intellekt hesablamalarına daha ciddi fokuslanmasıdır. M6 prosessorunda yaddaş ötürmə qabiliyyətinin saniyədə 153 GB-dan 200 GB-a yüksələcəyi, yeni yaddaş arxitekturasından istifadə ediləcəyi, Neural Engine-in gücləndiriləcəyi və qrafik nüvələrinin sayının 10-dan 12-yə çatdırılacağı gözlənilir. Lakin Apple hesab edir ki, əsas sıçrayış məhz M7 ailəsində baş verəcək. Yeni nəsildə yaddaş ötürmə qabiliyyətinin təxminən 240 GB/s səviyyəsinə yüksələcəyi, həmçinin süni intellekt modellərinin lokal işlədilməsi və peşəkar AI iş axınları üçün əhəmiyyətli performans artımı təmin ediləcəyi bildirilir.
Bloomberg-in məlumatına görə, M7 Pro və M7 Max prosessorları 2027-ci ilin sonlarında, M7 Ultra isə 2028-ci ildə təqdim oluna bilər.
Paylaş