Logo
    main-post-cover

    Apple daha 3 cihazını köhnəlmiş cihazlar siyahısına daxil edib

    Cihazlar+
    02.07.2024
    Emil
         Apple şirkəti özünün köhnəlmiş cihazlar siyahısına növbəti 3 cihazı əlavə edib. Onlar iPhone, HomePod AirPods cihazlarını əhatə edirlər. Apple ənənə üzrə 5 ildən çox, lakin 7 ildən az satışda olan cihazlarını köhnəlmiş cihazlar hesab edir. Bu dəfə bu siyahıya iPhone X, birinci nəsil HomePod səsgücləndiricisi və birinci nəsil AirPods naqilsiz qulaqlığı daxil olub. Şirkət bildirib ki, adları sadalanmış cihazların köhnəlmiş cihazlar siyahısına daxil olmalarına baxmayaraq onlar hələ də rəsmi Apple servislərində təmir üçün qəbul ediləcəklər.
         Lakin təmir bu cihazlar üçün nəzərdə tutulmuş ehtiyat hissələrinin mövcud olduqları halda mümkün olacaq. Qeyd etmək lazımdır ki, iPhone X smartfonu 2017-ci ildə təqdim olunmuşdu və o, Apple üçün bir sıra mövzularda bir ilk idi. Məsələn iPhone X Apple şirkətinin Home fiziki düyməsiz, Face ID texnologiyalı və AMOLED ekranlı ilk smartfonu olmuşdu. Birinci nəsil HomePod səsgücləndiricisi həmin ildə baş tutmuş WWDC 2017 konfransı çərçivəsində, birinci nəsil AirPods naqilsiz qulaqlığı isə 2016-cı ilin sentyabr ayında iPhone 7 smartfon seriyası ilə birlikdə təqdim edilmişdi.
    Paylaş