Logo
    main-post-cover

    Apple dairəvi çıxıntılı ekrana sahib iPhone 16 Pro və 16 Pro Max prototiplərini test edir

    Cihazlar+
    14.11.2023
    Emil
         Android smartfon istehsalçıları arasında məşhur ekran dizaynı yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntıya sahib ekran dizaynıdır. Lakin görünür, sözügedən dizayn həmçinin Apple şirkətinin də diqqətini cəlb edib. Belə ki, insayderlərin vermiş olduqları məlumata əsasən Apple şirkəti ön kamerası ekranın yuxarı mərkəz hissəsindəki kiçik dairəvi çıxıntıda yerləşən iPhone 16 Pro iPhone 16 Pro Max prototiplərinə sahibdir. Lakin bununla belə insayderlər bildiriblər ki, bu cür iPhone-lar çətin ki, nəticə etibarilə satışa çıxsınlar. Belə ki, şirkət ekran üzərindəki ənənəvi çıxıntı əvəzinə Dynamic Island çıxıntısını yalnız keçən ildən başlayaraq istifadə edir.
         O, ilk əvvəl iPhone 14 ProiPhone 14 Pro Max-a inteqrasiya edilmişdi. Bu il isə bütün iPhone 15 modelləri ekran üzərində Dynamic Island çıxıntısını əldə etdilər. Çətin ki, Apple iki ildən sonra yeni ekran dizaynına keçid etsin. O belə strategiya ilə çalışmır. İkinci ciddi problem Face ID texnologiyası ilə bağlıdır. Ekran üzərindəki kiçik dairəvi çıxıntı ekranın sahəsini böyütsə də, onun üzərində Face ID texnologiyası üçün nəzərdə tutulmuş lazımi sensorlara istiqamətlənmiş boş sahə buraxmır. Apple öz növbəsində Face ID sensorlarını ekranın alt hissəsinə yerləşdirə bilər. Lakin bu halda Face ID-nin çalışma keyfiyyəti aşağı düşə bilər.
    Paylaş