Logo
    main-post-cover

    Apple-dan büdcə dostu noutbuk!

    Cihazlar+
    04.03.2026
    Ilhama
        Technote.az "Mashable” platformasına istinadən bildirir ki, Apple yeni MacBook Neo modeli ilə bazarda böyük maraq yaradıb. Xarici görnüşü klassik MacBook-u xatırlatsa da, daxili gücü baxımından daha çox iPad ruhunu daşıyan bu model cəmi 599 dollar (tələbə və müəllimlər üçün 499 dollar) başlanğıc qiyməti ilə təqdim olunur. Lakin bu cihazı almadan əvvəl texniki xüsusiyyətlərini diqqətlə nəzərdən keçirmək vacibdir.
    Apple MacBook Neo
        MacBook Neo iPhone 16 Pro və Pro Max modellərində istifadə olunan A18 Pro çipi ilə təchiz edilib. Üstəlik, bu versiya bir qədər zəifdir, qrafik prosessorunda bir nüvə azdır (6 əvəzinə 5 nüvə). Bu, ilk baxışda “telefon çipi noutbukda necə işləyə bilər?” sualını yarada bilər. Ancaq nəzərə almaq lazımdır ki, Apple-ın mobil çipləri kifayət qədər güclüdür. Hətta hazırkı iPad modellərində daha köhnə A16 Pro çipi istifadə olunur. Bununla belə, istifadəçilər M-seriyalı çiplər səviyyəsində performans gözləməməlidirlər.
        MacBook Neo baza versiyada 256 GB yaddaşla təqdim olunur, əlavə 100 dollar ödəməklə 512 GB versiyanı seçmək mümkündür. Bu qiymət seqmenti üçün yaddaş həcmi qənaətbəxş hesab edilə bilər. Lakin operativ yaddaş (RAM) məsələsində seçim imkanı yoxdur. Cihaz yalnız 8 GB RAM ilə təklif olunur və artırmaq mümkün deyil. Bu isə xüsusilə daha yüksək performans tələb edən istifadəçilər üçün məhdudiyyət yarada bilər. MacBook Neo yeni təqdim olunduğu üçün onun real iş şəraitində necə performans göstərəcəyi hələ məlum deyil. Logic Pro və Final Cut Pro kimi ağır proqramlarda, yaxud yüksək qrafika tələb edən oyunlarda necə nəticə verəcəyi testlərdən sonra bəlli olacaq. Apple proqram və avadanlıq optimizasiyasında güclü olsa da, daha çox RAM və yüksək performans tələb edən istifadəçilər üçün MacBook Air daha uyğun seçim ola bilər.
    Paylaş