Apple-dan yeni qərar: 7 illik iPhone-lar iOS 27-dən kənarda qalır
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple-ın növbəti mobil əməliyyat sistemi olacaq iOS 27 ilə bağlı ilk sızıntılar ortaya çıxıb. Yeni məlumata görə, bəzi köhnə iPhone modelləri bu versiyanı dəstəkləməyəcək. Çin sosial şəbəkəsi Weibo üzərindən paylaşım edən tanınmış insayder Instant Digital iddia edir ki, Apple iOS 27 üçün uyğun cihazların siyahısını artıq formalaşdırıb. Rəsmi açıqlama hələ verilməsə də, bu siyahının WWDC 2026 tədbirində təqdim olunacağı gözlənilir.
Sızıntıya əsasən, iOS 27 aşağıdakı modellərdə işləyəcək:
- iPhone 12 seriyası
- iPhone 13 seriyası
- iPhone 14 seriyası
- iPhone 16 və iPhone 17 seriyaları
- iPhone Air
- iPhone SE (3-cü nəsil)
- Gözlənilən iPhone 18 seriyası və qatlanan iPhone modeli
Bu isə o deməkdir ki, iPhone 11 seriyası və iPhone SE (2nd generation) modeli iOS 27 yeniləməsini almayacaq və iOS 26 versiyasında qalacaq. Qeyd edək ki, Apple adətən yeni iOS versiyalarını mümkün qədər çox cihaz üçün əlçatan etməyə çalışsa da, texniki məhdudiyyətlər səbəbilə köhnə modellər müəyyən mərhələdə dəstəkdən çıxarılır. Məsələn, iOS 26 ilə birlikdə iPhone XS, iPhone XS Max və iPhone XR modelləri siyahıdan çıxarılmışdı. Yeni məlumatlar göstərir ki, şirkət təxminən 6–7 illik cihazlara qədər proqram dəstəyi verməyə davam edir. Bu isə bazarda ən uzun proqram təminatı dəstəyi təqdim edən istehsalçılardan biri olduğunu bir daha təsdiqləyir.
Paylaş