Apple, əl ilə bütün ev cihazlarını idarə etməyə imkan verən texnologiyanı patentləşdirib!
Cihazlar+
13.03.2024
Farid Pardashunas
Keçən ilin sonunda Apple-nin keçmiş əməkdaşları tərəfindən qurulan Humane adlı şirkət AI Pin adlı yeni ovuc içi smartfon konsepti ilə çıxış etmişdi. Bunun ardınca Apple-nin ABŞ Patent və Ticarət Nişanları İdarəsindən oxşar cihaz üçün patent aldığı xəbərləri ortaya çıxıb. Məlumatlara görə, bu cihaz yaxa sancağı kimi taxıla və istifadəçiyə əl jestləri ilə yaxınlıqdakı digər cihazlardan istifadə etməyə imkan verə biləcək.
Apple-nin açıqlamalarına görə, ilk öncə smartfonlar və digər əlaqəli cihazlar istifadəçilərin daxil etdiyi məlumatları toplayır. Daha sonra isə, bu məlumatlara əsasən istifadəçilərə müəyyən xüsusiyyətlər təqdim edə bilir.
Yeni cihazda sensor ekran, mikrofon və dinamik olacağı bildirilir. Beləliklə, cihaz həm vizual, həm də audio formatda məlumatlar toplaya biləcək. Dinamik ilə səs çıxışı və ekranla vizual çıxış təmin edə bilən cihaz, həmçinin məkanın müəyyən edilməsi üçün də istifadə ediləcək. Bundan başqa, istifadəçinin seçiminə əsasən cihazın haptik əks əlaqəsinin də ola biləcəyi qeyd edilir.
Təxminən qəpik ölçüsündə olması planlaşdırılan bu texnologiyanın ilk mərhələdə daha istifadəyə yönümlü bir cihaz kimi olacağı görünür. Cihaz hələlik eyni zamanda yalnız bir proqramdan istifadəyə imkan versə də, gələcəkdə süni intellektin də inteqrasiya edilməsi gözləniləndir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yeni iPad planşetlərinin anonsları artıq çox yaxındır
Yeni iPad planşetlərinin anonsları artıq çox yaxındır
Biz artıq dəfələrlə məlumat vermişik ki, Apple bu il ərzində yeni iPad modellərini təqdim etməlidir.
2024-cü il fevral ayında istifadəçilərin ən çox razı qalmış Apple cihazlarının reytinqi təqdim edilib
2024-cü il fevral ayında istifadəçilərin ən çox razı qalmış Apple cihazlarının reytinqi təqdim edilib
AnTuTu bençmarkı 2024-cü ilin fevral ayı üzrə istifadəçilərin ən çox razı qalmış olduqları Apple cihazlarının reytinqini təqdim edib.
Yeni iPad Air ilə iPad Pro-da ön kamera fərqli yerdə yerləşə bilər
Yeni iPad Air ilə iPad Pro-da ön kamera fərqli yerdə yerləşə bilər
Zamanında 10-cu nəsil iPad planşetində faydalı dizayn dəyişikliyi reallaşdırıldı. Belə ki, sözügedən planşetdə ön kamera ekran ətrafı çərçivənin yuxarı hissəsindən kənar hissəsinə köçürüldü.
iPhone 16 Pro-nun CAD render fotoları təqdim edilib
iPhone 16 Pro-nun CAD render fotoları təqdim edilib
Apple şirkətinin hazırladığı 4-cü nəsil iPhone SE smartfonunun CAD render fotoları keçən həftə təqdim olunmuşdu. İndi isə 91mobiles saytı bu il təqdim olunacaq iPhone 16 Pro smartfonunun CAD render fotolarını sərgiləyib.
iPhone 16-nın 3D render fotosu təqdim edilib
iPhone 16-nın 3D render fotosu təqdim edilib
İnsayderlər olmuş məlumat sızıntıları əsasında iPhone 16-nın yaradılmış 3D render fotosunu təqdim ediblər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!