
Apple eynəklərsiz 3D kontenti əks etdirə biləcək proyektoru patentləşdirib
Cihazlar+
17.10.2024
Emil
Apple şirkəti yeni patentini qeydiyyatdan keçirib. Şirkətin yeni patentində AR/VR kontentləri əks etdirə bilən proyektorun təsviri əks olunub. Bununla belə patent sənədində qeyd edilmiş məlumata əsasən sözügedən proyektor vasitəsilə əks olunacaq AR/VR kontentləri həcmli şəkildə görmək üçün xüsusi eynəklərdən istifadə etmək lazım gəlməyəcək. Məlumata əsasən proyektor AR/VR ilə yanaşı kontentləri 2D şəklində də əks etdirə biləcək. Bununla belə proyektor əks olunacaq kontentləri müxtəlif səthlər üçün adaptasiya edəcək. Bu cür proyektor öz çalışma prinsipində İstifadəçi başı ilə üzünün hərəkətlərinin izlənməsi mexanizmindən istifadə edəcək. Nəticədə istifadəçi üçün kontentin 3D şəklində əks olunması illüziyası formalaşacaq. Hal-hazırda bu proyektor yalnız patent şəklində mövcuddur. Buna görə də bu cür cihazın nəticə etibarilə hazırlanıb-hazırlanmayacağı bilinmir.


Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
