Logo
    main-post-cover

    Apple fərdi 5G modemini gələn il bəzi iPhone-larına inteqrasiya edə bilər

    Cihazlar+
    09.09.2024
    Emil
        Artıq heç kim üçün sirr deyil ki, Apple şirkəti öz fərdi 5G modemi üzərində çalışır. Şirkət fərdi 5G modemini 2018-ci ildən hazırlamağa səy göstərir. Bu, 5G modem mövzusunda Qualcomm şirkətindən asılılığın aradan qaldırılmasına hədəflənib. Görünür, Apple fərdi 5G modeminin hazırlanması prosesinin yekunlaşmasına artıq çox yaxındır. Belə ki, yeni məlumata əsasən Apple fərdi 5G modemini artıq gələn ilki iPhone smartfonlarına inteqrasiya edə bilər.
         Məşhur analitik Ming-Chi Kuo bildirib ki, şirkət gələn il 35-40 milyon ədəd yeni modem istehsal edəcək. 2026-cı ildə bu göstərici 90-110 milyona, 2027-ci ildə isə 160-180 milyona yüksələ bilər. Gözləntilərə əsasən Apple şirkətinin fərdi 5G modeminə sahib 2 yeni iPhone artıq gələn il təqdim olunacaq. Söhbət, 4-cü nəsil iPhone SE-dən və iPhone 17-nin nazik gövdəli versiyasından gedir. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan iPhone modelləri və bu gün gecə təqdim olunacaq iPhone 16 modelləri Qualcomm şirkətinin 5G modeminə sahibdirlər. Lakin Apple tədricən öz məhsullarında fərdi 5G modemə keçidi nəzərdə tutub.
    Paylaş