
Apple fiziki SIM kart girişinə sahib olmayan iPhone 14 modeli təqdim edə bilər
Cihazlar+
19.07.2022
Emil
Fiziki SIM kartlar dövrü yavaş-yavaş sona çatır. Avropada və Asiyada mobil operatorlar eSIM texnologiyasını aktiv şəkildə inteqrasiya edirlər. Mobil cihazların istehsalçıları da bu tendensiyadan geri qalmırlar. Belə ki, onlar da öz məhsullarına sözügedən texnologiyanı inteqrasiya edirlər. Verilmiş məlumata əsasən Apple bu il fiziki SIM kart girişinə sahib olmayacaq iPhone 14 modelini təqdim edə bilər. eSIM texnologiyası təkcə Avropa ilə Asiyada deyil, həmçinin ABŞ-da da sürətlə məşhurlaşır. ABŞ-dakı əsas mobil operatorlar adi SIM kartlardan tədricən imtina üçün hazırlıqlar görürlər.
Apple artıq eSIM texnologiyasnı iPhone-lara inteqrasiya edib. iPhone 13 seriyasının satışa çıxması ilə isə istifadəçilər iki ədəd eSIM-dən istifadə imkanını əldə ediblər. Bəzi analitiklərin fikirlərinə əsasən Apple şirkəti bu il fiziki SIM kart girişi əvəzinə tamamilə eSIM-dən istifadə edəcək iPhone 14 modelini təqdim edə bilər. Analitiklərin sözlərinə əsasən tamamilə fiziki SIM kart girişinə sahib olmayan iPhone modelinin təqdim edilməsi sadəcə olaraq zaman məsələsidir. Təbii ki, Apple iPhone-larda fiziki SIM kart girişindən tamamilə imtina edib eSIM-ə keçid etməklə bazarda inqilab yaratmayacaq. Lakin şirkətin tamamilə eSIM texnologiyasına keçidi artıq iPhone 14-dən başlaya bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
