main-post-cover

    Apple gələcək iPhone-ları özünün microLED ekranlı ilə təchiz etməyi planlaşdırır

    Cihazlar+
    11.05.2023
    Emil Nəcəfov
        İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti gələcək iPhone-ları özünün microLED ekranları ilə təchiz etməyi planlaşdırır. Məlumatda qeyd edilib ki, şirkətin microLED ekranları OLED ekranlardan fərqli olaraq daha yüksək parlaqlığa və daha aşağı enerji sərfiyyatına sahib olacaqlar. iPhone-lardan öncə isə şirkətin ilk microLED ekranını növbəti Apple Watch Ultra smart saatı əldə etməlidir.
        Smart saatdan sonra microLED ekranları həmçinin iPhone və iPad modelləri əldə edəcəklər. İnsayderlərin sözlərinə əsasən 2024-cü və ya 2025-ci ildə təqdim ediləcək növbəti Apple Watch Ultra modeli artıq microLED ekrana sahib olacaq. Əgər növbəti Apple Watch Ultra modeli microLED ekranı 1-2 ildən sonra əldə etsə, deməli iPhone-lar bu ekranı bir neçə ildən sonra əldə edə biləcəklər. Gözləntilərə əsasən bu il təqdim ediləcək bütün iPhone 15 smartfonları OLED ekranlar ilə təchiz olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər