Logo
    main-post-cover

    Apple gələcək Mac kompüterlərini mobil rabitə ilə təmin etməyi planlaşdırır

    Cihazlar+
    09.12.2024
    Emil
         Apple artıq bir neçə ildir ki, fərdi 5G modemini hazırlamağa çalışır. Son məlumatlara əsasən şirkətin ilk fərdi 5G modemi gələn il təqdim olunacaq növbəti iPhone SE smartfonuna quraşdırılacaq. Bununla belə şirkət öz 5G modemini iPhone smartfonları ilə yanaşı iPad planşetlərinə də quraşdırmağı planlaşdırır. Lakin çox güman ki, Apple təkcə bu məhsullarla yetinməyəcək. Belə ki, Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple şirkəti ilk dəfə olaraq Mac kompüterlər seriyasına mobil rabitə imkanının əlavə edilməsini nəzərdən keçirir.
        Məlumatda qeyd edilib ki, şirkət gələn il öz fərdi 5G modemini iPhone smartfonlarına inteqrasiya edərək onu test edəcək. Daha sonra isə 5G modemin Mac kompüterlərinə inteqrasiyası planlaşdırılır. Beləliklə gələcək Mac kompüterləri Wi-Fi bağlantısından istifadə etməyərək internetə qoşulma imkanını əldə edəcəklər. Gurman bildirib ki, Apple şirkəti perspektivdə Qualcomm modemlərindən tamamilə imtina etməyi və yalnız fərdi modemlərə keçməyi nəzərdə tutub.
    Paylaş