
Apple gələn ay 2 versiyada AirPods 4-ü təqdim edə bilər
Cihazlar+
19.08.2024
Emil
Sentyabr ayı yaxınlaşdıqca Apple şirkətinin öz yeni məhsullarını təqdim edəcəyi an da yaxınlaşır. Heç şübhəsiz şirkət gələn ay iPhone 16 smartfon seriyasını təqdim edəcək. İndi isə Bloomberg saytının məşhur insayderi Mark Gurman gələn ay Apple tərəfindən daha hansı məhsulların təqdim ediləcəkləri barəsində məlumatlar verib. Beləliklə insayderin sözlərinə əsasən Apple gələn ay iPhone 16 smartfon seriyası ilə yanaşı AirPods 4 naqilsiz qulaqlığının 2 versiyasını təqdim edəcək.
Çox güman ki, versiyalar fərqli adlara sahib olacaqlar. Belə ki, yeni naqilsiz qulaqlığın 2 versiyasından biri AirPods Lite, digəri isə sadəcə AirPods 4 adlana bilər. Lakin adlar barəsində məlumat dəqiq deyil. Hər şey tamamilə fərqli ola bilər. Gözləntilərə əsasən yeni naqilsiz qulaqlıqlar AirPods 2 və AirPods 3-ü əvəz edəcəklər. Onlar xarici görünüşcə bir-birilərinə bənzəyəcəklər, lakin funksionallıq baxımından fərqlənəcəklər. Güman olunur ki, yeni qulaqlıqlar arasındakı əsas fərq ətraf səs-küyün aktiv boğulması funksiyasının dəstəklənib-dəstəklənməməsində olacaq. Bundan əlavə olaraq AirPods 4-ün USB-C girişini əldə edəcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
