Logo
    main-post-cover

    Apple gələn ay iPhone 14 mini-ni təqdim edə bilər

    Cihazlar+
    23.08.2022
    Emil
        Evan Blass adlı məşhur insayder Apple şirkətinin gələn ayın əvvəlində keçirəcəyi təqdimat tədbiri çərçivəsində təqdim ediləcəyi güman olunan bütün yeni məhsulların siyahısını təqdim edib. Təqdim edilmiş siyahının maraqlı hissəsi ondan ibarətdir ki, onda iPhone 14 mini də var. Məsələ burasındadır ki, daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, Apple şirkəti iPhone mini modelindən imtina edib. Belə ki, iPhone mini modeli alıcılar arasında böyük bir tələbata sahib olmadığı üçün Apple şirkətinin bu smartfondan imtina etdiyi qeyd edilmişdi.
        Əvvəlki məlumatlarda bildirilmişdi ki, Apple bu il iPhone 14 mini modelini 6.7 düym ekrana sahib iPhone 14 Max ilə əvəz edəcək. Evan Blass-ın təqdim etmiş olduğu siyahıya əsasən Apple gələn ayın əvvəlində iPhone 14, iPhone 14 mini, iPhone 14 Pro, iPhone 14 Pro Max smartfonlarını və iPad 10.2 (10-cu nəsil), iPad Pro 12.9 (6-cı nəsil), iPad Pro 11 (4-cü nəsil) planşet modellərini təqdim edəcək. Bu siyahının nə dərəcədə həqiqətə uyğun olduğu təqdimat tədbiri zamanı bilinəcək. Apple öz növbəsində ənənəyə sadiq qalaraq bu cür məlumat sızıntılarına heç bir fikir bildirmir.
        Onu da qeyd etmək lazımdır ki, bu ilki iPhone 14 Pro modelləri adi iPhone 14 modelləri ilə müqayisədə daha çox yeniliklər əldə edəcəklər. Onların arasında yeni ekran dizaynı, Always on Display funksiyasının dəstəyi, 48 MP-lik əsas arxa kamera və A16 Bionic prosessoru olacaq. Adi iPhone 14 modellərinin ya A15 Bionic ya da onun daha təkmilləşdirilmiş versiyası ilə təchiz olunacaqları güman edilir. Son məlumatlara əsasən Apple iPhone 14 seriyasını 7 sentyabr tarxində təqdim edə bilər.
    Paylaş
    Bənzər xəbərlər