Logo
    main-post-cover

    Apple gələn ay yeni iPad mini planşetini təqdim edə bilər

    Cihazlar+
    27.08.2024
    Emil
         Görünür, Apple şirkəti yeni iPad mini planşetinin təqdimatına hazırlaşır. Bu barədə məlumatı Bloomberg saytının məşhur insayderi Mark Gurman təqdim edib. Onun sözlərinə əsasən məsələ burasındadır ki, hal-hazırda aktual olan iPad mini modelinin bir çox konfiqurasiyaları Apple mağazalarında sadəcə yoxdur. Gurman bildirib ki, Apple hal-hazırda aktual olan iPad mini modelinin satışlarını bilərəkdən məhdudlaşdırıb. Çox güman ki, bu, yeni iPad mini modelinin təqdim olunacağı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Apple artıq rəsmi şəkildə iPhone 16 smartfon seriyasının təqdimatını anons edib.
         Təqdimat tədbiri 9 sentyabr tarixində baş tutacaq. Təqdimat tədbiri çərçivəsində iPhone 16 smartfonlarından əlavə olaraq Apple Watch Series 10, Apple Watch Ultra 3, Apple Watch SE 3 smart saatlarının və AirPods 4 naqilsiz qulaqlığının təqdim olunacağı da gözlənilir. Heç istisna deyil ki, Apple yeni iPad mini planşetini 9 sentyabr tarixində digər yeni cihazları ilə birlikdə təqdim etsin. 7-ci nəsil iPad mini modeli xarici görünüşcə daha öncəki iPad mini modellərinə bənzəməlidir. Bununla belə gözləntilərə əsasən yeni planşet yaxşılaşdırılmış ekranı əldə etməli və A17 prosessoru vasitəsilə çalışmalıdır.
    Paylaş